A

UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illiyi, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yekun bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova mərkəzin 10 illik fəaliyyətinə nəzər salıb. O, bildirib ki, mərkəz inklüziv təhsilin inkişafı, xüsusi qayğıya ehtiyacı olan tələbələrin cəmiyyətə inteqrasiyası və onların bacarıqlarının üzə çıxarılması məqsədilə yaradılıb. Bu müddət ərzində mərkəz tərəfindən çoxsaylı layihə və tədbirlər həyata keçirilib, tələbələrə təhsil, yaradıcılıq və sosial dəstək göstərilib.

Direktor qeyd edib ki, bu cür tədbirlər inklüzivliyin cəmiyyətdə daha geniş yayılmasına, fərqli imkanlara malik insanların bir arada və bərabər şəkildə çıxış etməsinə şərait yaradır. Sevinc Məhsimova mərkəzin fəaliyyətinə dəstək göstərən hər kəsə təşəkkür edib və gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbir inklüziv konsert proqramı ilə davam edib. Proqramda Azad Rəqs qrupunun rəqs kompozisiyaları, “Sarı Gəlin” ifası zamanı nümayiş olunan səhnə çıxışları, eləcə də Autizmli Uşaqlara Dəstək İctimai Birliyinin üzvü olan analar və uşaqların birgə rəqs nömrələri tədbirə xüsusi ahəng qatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay