Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Türk Dünyası İqtisad və Biznes və Menecment fakültələrinin birgə təşkilatçılığı ilə “Yetenek Sizsiniz UNEC” tədbiri böyük maraqla baş tutub.
Tədbirin açılışında THİK-in Türk Dünyası İqtisad fakültəsinin sədri Kamran Nəbizadə və Biznes və Menecment fakültəsinin sədri Aqşin Quluzadə çıxış edərək layihənin əsas məqsədi, tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması və gənclər arasında istedadlı şəxslərin təşviq edilməsinin əhəmiyyətindən danışıblar.
Müsabiqə boyunca iştirakçılar müxtəlif janrlarda çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Rəngarəng səhnə performansları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Yarışmanın sonunda qalib tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılıb, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Tədbirin bədii hissəsində isə münsif heyətinin üzvləri — Nərgiz Məcidli, Nazpəri Cəfər və Nadir Əzimli musiqi ifaları ilə proqramı daha da rəngarəng edərək iştirakçılara xoş anlar yaşadıblar.