UNEC-in Biznes və menecment fakültəsinin tələbələri tarixi milli-mənəvi dəyərlərlə yaxından tanış olmaq məqsədilə “Maliyyə və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın rəhbərliyi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər.
Ekskursiyada muzeyin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlı da iştirak edib. Muzey bələdçiləri tələbələrə milli-mənəvi dəyərlərimizi özündə əks etdirən eksponatlar, onların tarixi əhəmiyyəti və qorunması barədə ətraflı məlumat veriblər.
Maarifləndirici xarakter daşıyan görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb.