A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “UNECinema” layihəsi çərçivəsində növbəti film nümayişi təşkil olunub.

Layihə çərçivəsində tələbələr bu dəfə həyəcan və sirrlərlə zəngin “Escape Room” filmini izləyiblər.

Tədbirdə tələbələr filmin dinamik süjet xətti, müxtəlif tapmacalar və gözlənilməz hadisələrlə zəngin olan məzmunu ilə tanış olublar. Nümayiş iştirakçıları filmi maraqla qarşılayaraq, səhnələrarası gərginlik və hadisələrin inkişafında yaradılan intriqa barədə müsbət fikirlərini bildiriblər.

“UNECinema” layihəsi tələbələrin asudə vaxtının səmərəli təşkili, kino mədəniyyətinə marağın artırılması və tələbə birliyinin gücləndirilməsi məqsədi daşıyır. Növbəti nümayişlərin də tələbələr üçün həm maarifləndirici, həm də əyləncəli olması planlaşdırılır.

TOP XƏBƏRLƏR