A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNECinema layihəsi çərçivəsində növbəti film nümayiş olunub.

Layihə çərçivəsində tələbələrin istəyi əsas götürülür və növbəti səsvermə nəticəsində seçilmiş “The Curse of the Black Pearl” filmi auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, UNECinema layihəsi çərçivəsində kino saatlarının ayda bir neçə dəfə keçirilməsi nəzərdə tutulub. Öncədən sorğu anketi vasitəsilə tələbələrin ən çox izləmək istədikləri filmlər toplanıb, səsverməyə çıxarılır. Səsvermə nəticəsində daha çox səs toplayan film seçilərək, növbəti seanslarda izləmək üçün yerləşdirilir.

Layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməkdir.

TOP XƏBƏRLƏR