A

UNEC Dizayn məktəbinin müəllim və tələbə heyəti Bakı Konqres Mərkəzində keçirilmiş “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” tədbirində iştirak ediblər.

Tədbir İƏT üzv dövlətləri arasında mədəniyyət və yaradıcı sənayelərin, o cümlədən kino, musiqi, moda, oyun texnologiyaları, teatr və animasiya sahələrində genişmiqyaslı və dayanıqlı əməkdaşlığın təşviqinə xidmət edərək, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir. Tədbir çərçivəsində panel sessiyalar, İƏT üzv ölkələrinin, yerli və xarici təşkilatların sərgi stendləri, film və teatr nümayişləri təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay