UNEC İnnovativ Gənclər Təşkilatının fəal üzvləri yeni istifadəyə verilən Zəfər Muzeyinə ekskursiya ediblər.
Ziyarət zamanı tələbələr 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni əks etdirən eksponatlar, fotoşəkillər və video materiallarla tanış olublar. Muzeydə nümayiş etdirilən materiallar gənclərdə böyük maraq doğurub və onlarda vətənpərvərlik hisslərini daha da gücləndirib.