UNEC Biznes Məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qara Yanvar: müstəqilliyə aparan yol” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə 1990-cı il 20 Yanvar hadisələrinin tarixi-siyasi mahiyyəti, Azərbaycan xalqının milli azadlıq mübarizəsində tutduğu mühüm yer və müstəqilliyə gedən yolda oynadığı həlledici rol barədə geniş məlumat verilib.
“Biznesin idarə edilməsi” kafedrasının müəllimi Günel Teymurova mövzu ilə bağlı məruzə ilə çıxış edərək, 20 Yanvar faciəsinin xalqımızın azadlıq iradəsinin təcəssümü olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsinin daim ehtiramla anılmasının vacibliyini qeyd edib.