A

UNEC SABAH Magistraturasının “Elektron Kommersiya” ixtisaslaşması üzrə 10 nəfər magistrantı mayın 9-dan 14-dək Türkiyənin Ankara şəhərində təlim və təcrübədə olacaqlar.

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov magistrantlarla görüşərək, onlara Türkiyədəki iş mühiti ilə daha yaxından tanış olmağı, yumşaq bacarıqlarını (soft skills) daha da inkişaf etdirməyi, praktiki təcrübə qazanmağı tövsiyə edib. Bildirib ki, türkiyədə təşkil olunacaq təlimlər layihələrin idarəedilməsi, biznes, stekholder, risk analizi, büdcə, problem və ehtiyacların təhlili, Aİ qrant fondları, kommunikasiya, vaxtın idarə olunması, məntiqi idarəetmə yanaşmaları mövzularını əhatə edəcək.

Xatırladaq ki, UNEC ilə Türkiyənin Əmək və Sosial Təminat Nazirliyinin Təlim və Araşdırma Mərkəzi (ÇAŞGEM) arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay