A

Layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, təhsil haqları, keçid balları və s. barədə ətraflı məlumat veriləcək.

Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10:00-17:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət, 6) Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.

Xəyallarınızdakı uğurlu gələcəyə UNEC-lə birlikdə addımlayın!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay