A

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

Açılış mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dünyanın 22 ölkəsini təmsil edən və 150-dən çox təhsil strukturunun iştirak etdiyi sərgidə UNEC-də təmsil olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov universitetin stendini ziyarət edən Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova və Türkiyənin Milli Təhsil naziri Ziya Selçuka UNEC-dəki yeniliklər barədə məlumat verib.

Stenddə ziyarətçilərin UNEC-dəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə sualları cavablandırılıb. UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin rəsmdə çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri ziyarətçilərin xüsusi marağına səbəb olub.

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi 3 gün davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay