A

AZƏRTAC

Azərbaycan ilə Rusiyanın iqtisadi əlaqələrinin dinamikası müsbət xətt üzrə inkişaf etməkdədir.

Son illərdə qarşılıqlı ticarət dövriyyəsi dinamikasına nəzər salsaq görərik ki, bu istiqamətdə kifayət qədər ciddi və müsbət dəyişikliklər var. İlin sonunadək iki ölkənin ticarət dövriyyəsinin 3 milyard ABŞ dollarına çatacağı pzoqnozlaşdırılır. Bu, aidiyyəti dövlət qurumları və təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələrinin daha da intensivləşməsi ilə birbaşa bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 25-də Sputnik Azərbaycan multimedia-mətbuat mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus iqtisad məktəbinin direktor müavini, professor Elşad Məmmədov deyib.

O bildirib ki, hazırda dünyada iqtisadi və geosiyasi amillərlə bağlı olan proseslər gedir: “Qlobal iqtisadiyyatın problemləri dərinləşməkdədir. Bu problemlər bölgə ölkələrinə adekvat reaksiyaların verilməsini diktə edir. Bölgədə qarşılıqlı fayda əsasında formalaşan iqtisadi əməkdaşlıq prioritet rol oynamalıdır. Həm Azərbaycan, həm də Rusiya rəhbərliyi bu çağırışlara kifayət qədər adekvat cavab verirlər”.

“Düşünürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycan–Rusiya münasibətlərinə dinamika vermək üçün yaxşı imkanlar yaradır. Bu səfər qarşılıqlı iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Birinci vitse-prezidentin bu proseslərdə mövqeləşməsi və ön planda olması onu deməyə əsas verir ki, biz artıq keyfiyyətcə yeni bir formatda iqtisadi əlaqələrin qurulmasının şahidi ola bilərik. Çünki ön plana humanitar, sosial, insan kapitalı və təhsil kimi amillər çıxır”, - deyə E.Məmmədov bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay