A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Bakı şəhəri İ.Əfəndiyev adına Elitar gimnaziyanın və Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüşdə şagirdlərə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkilindən danışıblar. Həmçinin məktəblilərə, universitetdə xüsusi təqaüd proqramlarından, ikili diplom eləcə də UDİD, MİNOR və beynəlxalq mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.

Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay