UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri UNEC Muzeyini ziyarət ediblər.
Muzey əməkdaşları tərəfindən Ulu öndər Heydər Əliyevin açdığı böyük, müqəddəs yol, dövlətimizin humanitar siyasəti ilə bağlı onun irəli sürdüyü önəmli tövsiyələr, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib.
Ziyarətçilər muzeydə nümayiş olunan foto və kino sənədləri, elmi və təhsil-metodiki nəşrlər, multimedia vasitələri, çap materialları, universitetə və muzeyə təqdim olunan hədiyyələr, əməkdaşların şəxsi əşyaları, universitetin mükafatları və digər eksponatlarla ətraflı tanış olublar.