“Həftənin kitabı” layihəsi bu həftə “Heydər Əliyev və Çin” (Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər) kitabını təqdim edir.
Kitabın tərtibçisi Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasovdur.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında apardığı siyasi, mədəni və iqtisadi əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əks olunub.
Qeyd edək ki, kitab Azərbaycan və Çin dillərindədir.
229 səhifəlik “Heydər Əliyev və Çin” kitabı 2019-ci ildə “SHAHAFÇI Çap & Poliqrafiya” nəşriyyatı tərəfindən çapdan çıxıb. Oxucu-istifadəçilər kitabı UNEC KİM-in 24/7 Kitabxanasından əldə edə bilərlər.