Aprelin 2-də SOCAR, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), StrategEast şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə BANM-ın kampusunda 4-cü sənaye inqilabı sahəsində IT HUB Azərbaycan - “Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi keçiriləcək.

Karyera sərgisi ölkənin aparıcı rəqəmsal və texnologiya şirkətlərini bir araya toplayacaq. Ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan sərgi ölkənin 60-a yaxın texnologiya və rəqəmsal şirkəti ilə gələcək istedadların görüşdüyü bir platforma olmağı hədəfləyir.

Karyera sərgisində İKT sahəsində təhsilini başa vurmaqda olan sonuncu kurs tələbələri və məzunlar öz profillərinə uyğun iş təklifləri ala biləcəklər. Sərgi çərçivəsində eyni gündə həmçinin, rəsmi hissənin və 3 təkmilləşdirmə sessiyasının keçirilməsi planlaşdırılır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay