“ALCO” MMC UNEC tələbə və məzunları üçün "Logistika mütəxəssisi" vakansiyasını elan edir.

Vəzifəyə olan tələblər:

  • Ali bakalavr təhsili;
  • İqtisadiyyat, logistika, biznesin təşkili və idarə edilməsi, menecment və digər uyğun sahələr üzrə;
  • Azərbaycan, türk, rus və ingilis dillərini əla səviyyədə bilmək, digər dillər arzuolunandır;
  • MS Office – Excel, Word, əsas biliklərini və “Incoterms” qaydalarını bilmək;
  • 22-35 yaş aralığı namizədlər.

Funksional öhdəlikləri:

  • Beynəlxalq və yerli yük daşımalarının təşkili və koordinasiyasını həyata keçirmək;
  • Şirkətin logistika fəaliyyətinin müvafiq qanunvericilik aktlarının (yerli və beynəlxalq) tələblərinə uyğunluğunu təmin etmək;
  • Logistika əməliyyatları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və risklərinminimallaşdırılması üçün tədbirlər görmək;
  • Daşımaların optimal marşrutlarını müəyyənləşdirmək;
  • Nəqliyyat şirkətləri ilə danışıqlar apararaq müəyyənləşdirilmiş marşrutlar üzrə qiyməttəklifləri almaq və həmin şirkətlərlə müqavilə şərtlərini razılaşdırmaq;
  • Yol-nəqliyyat sənədlərini hazırlamaq;
  • Daşınmaların statusu ilə bağlı sorğuları cavablandırmaq;
  • Daşınan yükləri izlənmək və yaranan problemlərin vaxtında aradan qaldırmaq;
  • Daşınan yüklərin çatdırılma ünvanında aktla təhvil verilməsi təmin etmək;
  • Görülən işlərlə bağlı dövri hesabatlar hazırlamaq. 

 Davranış səriştələri:

  • Riyazi düşüncə və analitik təhlil;
  • Ünsiyyət və komanda ilə işləmə;
  • Problem həlletmə və detallara diqqətlə yanaşma;
  • Dəqiqlik, operativlik və nəticəyönümlülük;
  • Məsuliyyət və təşəbbüskarlıq.

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir. 

Maraqlananlar CV-lərini 31 oktyabr tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna "Logistika mütəxəssisi" başlığı ilə göndə bilərlər.

TOP XƏBƏRLƏR