Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunan beynəlxalq Yay Məktəbi proqramına müraciət qəbulu elan edilir.
13–19 iyul 2026-cı il tarixlərində Daşkənd şəhərində keçiriləcək proqram iştirakçılara akademik və mədəni fəaliyyətlərdə iştirak etmək, ingilis dili bacarıqlarını inkişaf etdirmək və Özbəkistanın tarixi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Yay Məktəbi çərçivəsində akademik sessiyalar, ingilis dili dərsləri, özbək mədəniyyəti və ənənələrinə həsr olunmuş tədbirlər, şəhər və muzey turları, tarixi və mədəni məkanlara səfərlər, master-klasslar, sosial və mədəni fəaliyyətlər təşkil olunacaq. Proqramın sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
Proqramın həyata keçirilməsi üçün minimum 15 iştirakçının qeydiyyatdan keçməsi tələb olunur.
İştirak haqqı 350 ABŞ dollarıdır. Bu məbləğə yaşayış, səhər yeməyi istisna olmaqla qidalanma, proqram fəaliyyətləri, şəhər turları və aeroport transferi daxildir. Təyyarə bileti və səhər yeməyi iştirak haqqına daxil deyil.
Müraciət üçün tələb olunan sənədlər:
- CV;
- Xarici pasportun skan versiyası.
Son müraciət tarixi 20 iyun 2026-cı ildir.
Maraqlanan tələbələr qeydiyyat üçün Beynəlxalq əməkdaşlıq departamenti ilə əlaqə saxlaya bilərlər.
Əlaqə:
Telefon: +994124921882
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.