A

17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” üçün könüllü qeydiyyatı başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, Birbank  Biznesin rəsmi tərəfdaşlığı və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Könüllü fəaliyyət göstərən hər bir tələbə rəsmi sertifikatla təltif olunacaq və aşağıdakı üstünlükləri əldə edəcək:

  • 300-dən çox şirkətin iştirak etdiyi sərgidə şirkət rəhbərləri ilə tanışlıq imkanı;
  • Şirkətlərdə təcrübə proqramlarında iştirak və iş imkanları;
  • Nəqliyyat və qida ilə təminat (nahar yeməyi və coffee break).

Qeyd:

* Qeydiyyatdan yalnız UNEC THİK üzvləri keçə bilər.

* Son qeydiyyat tarixi: 29 may, 2026-ci il.

🔗 QEYDİYYAT

TOP XƏBƏRLƏR