Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Cənubi Koreyanın Seul şəhərində yerləşən Sejong Universiteti arasında həyata keçirilən 1+1 İkili Diplom Magistr Proqramına qəbul elan olunub.

Proqram UNEC-in “Data elmləri” ixtisasının “Verilənlərin təhlili” ixtisaslaşması üzrə təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub.

Təhsil müddəti 2 ildir. Tələbələr birinci tədris ilini UNEC-də, ikinci tədris ilini isə Cənubi Koreyanın Seul şəhərində yerləşən Sejong Universitetində davam etdirəcəklər.

Əlaqə : Telefon: +994124921882; +994124926045

ƏLAVƏ MƏLUMAT

TOP XƏBƏRLƏR