Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda Ümumrespublika olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsi qaydalarına görə olimpiada seçim turu və yekun tur olmaqla iki mərhələdən ibarətdir. Olimpiadanın seçim turu mərhələsi ali təhsil müəssisələrində, kompüterlərlə təchiz edilmiş auditoriyalarda xüsusi proqram təminatı vasitəsilə 2026-cı ilin may ayında keçiriləcək. Bu mərhələdə tələbələrə vergi sistemi və vergi qanunvericiliyi istiqamətləri üzrə test sualları təqdim ediləcək.

Seçim turunda hər bir ali təhsil müəssisəsi üzrə 51 və daha yüksək bal toplamış ən yaxşı 5 tələbə yekun turda iştirak hüququ qazanacaq. Eyni zamanda, 51-dən yuxarı eyni nəticə göstərmiş tələbələr də yekun mərhələyə buraxılacaq. Finalda iştirak üçün qeyd olunan hər iki şərtin təmin edilməsi vacibdir.

Olimpiadanın yekun turunun Dövlət Vergi Xidmətinin Şamaxı rayonu Nağaraxana kəndində yerləşən inzibati binasında 2026-cı ilin iyun ayının 12-14-də keçirilməsi nəzərdə tutulur.

Olimpiadada ilk üç yeri tutmuş tələbələr mükafatlandırılacaq və onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdim olunacaq.

UNEC-də “Vergilər” mövzusunda Ümumrespublika olimpiadasının seçim turunda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

QEYDİYYAT

Qeydiyyatın son tarixi: 18 may 2026-cı il (saat 10.00-dək).

TOP XƏBƏRLƏR