Logistika, təchizat zənciri və beynəlxalq ticarət sahəsində karyera qurmaq istəyən yeni məzunlar üçün RAM Holding tərəfindən ödənişli təcrübə proqramı elan olunub.

Təcrübə proqramı iştirakçılara logistika və beynəlxalq əməliyyatlar sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, real biznes prosesləri ilə yaxından tanış olmaq, həmçinin peşəkar mütəxəssislərlə birgə işləmək imkanı yaradacaq.

Proqram çərçivəsində təcrübəçilər logistika və daşınma sənədlərinin hazırlanması, sifarişlərin idarə olunması, idxal icazələrinin əldə edilməsi, əməliyyat hesabatlarının aparılması, logistika matrislərinin yenilənməsi, eləcə də müxtəlif logistika və nəqliyyat platformaları ilə işləmə proseslərinə cəlb olunacaqlar.

Namizədlərdən bakalavr dərəcəsinə malik olmaları, Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və rus dillərini yaxşı səviyyədə bilmələri, həmçinin Microsoft Office proqramlarında işləmək bacarığı tələb olunur.

RAM Holding təcrübəçilərə ödənişli proqram, peşəkar inkişaf imkanları, dəstəkləyici iş mühiti və şirkət tərəfindən təmin olunan nahar təklif edir.

Təcrübə proqramı Bakı şəhərində, Port Baku Towers 2 ünvanında yerləşən ofisdə həyata keçiriləcək. İş qrafiki bazar ertəsindən cüməyədək, saat 08:30-dan 17:30-dəkdir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistics Intern” qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 15 iyun 2026-cı il.

TOP XƏBƏRLƏR