A

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli 129 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli qərarına dəyişiklik edilmiş və Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.   

Azərbaycan Respublikasının Təhsil Nazirliyi e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci iltarixindən aktivləşdirir. 

-2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına MÜRACİƏT ETMƏLƏRİ TƏLƏB OLUNMUR. Həmin tələbələrin payız semestrində olan müraciətləri əsasında müvafiq statusları elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, müvafiq hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə sms məlumat göndəriləcək. 

-Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. 

-Müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaqdır.

Müraciətlə bağlı texniki problem yaranarsa e-telebe.edu.az portalında yaradılmış Texniki Dəstək xidmətinə müraciət edə bilərsiniz. Əlavə sualınız olarsa fakültənizə müraciət edə bilərsiniz və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.-a yaza bilərsiniz. 

Qeyd: Qərar qiyabi, təkrar ali və normativ müddətdən yuxarı kurslarda təhsil alanlara şamil edilmir. 

TOP XƏBƏRLƏR