G.R.Derjavin adına Tambov Dövlət Universiteti tərəfindən II Beynəlxalq Rus Dili Olimpiadası keçiriləcək.

UNEC-in rus dilini xarici dil kimi öyrənən tələbələri olimpiadaya dəvət olunurlar.

Olimpiadanın təşkilatçıları Rusiyanın G.R. Derjavin adına Tambov Dövlət Universiteti və Özbəkistanın Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutudur.

 Olimpiada iki mərhələdə keçiriləcək:

  • birinci mərhələ - təsnifat (uzaqdan): 20.03.2023 - 23.03.2023;
  • ikinci mərhələ - yekun (uzaqdan texnologiyalardan istifadə etməklə şəxsən): 04.05.2023.

Olimpiada rus dilini iki səviyyədə bilən tələbələr arasında keçiriləcək:

  • birinci sertifikatlaşdırma səviyyəsi (B1);
  • üçüncü sertifikatlaşdırma səviyyəsi (С1).

Qeydiyyat üçün son tarix: 13-19 mart 2023-cü il
Qeydiyyat üçün keçid: https://forms.gle/Fyrxddm9DEJy6DXv7

ƏTRAFLI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay