Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) tərəfindən 30–31 may 2026-cı il tarixlərində Biznesin Dayanıqlı Artımı və İnkişafı üzrə Beynəlxalq Simpozium (SBGD) keçiriləcək.
Beynəlxalq simpozium davamlı biznes inkişafı, ESG inteqrasiyası, yaşıl və dayanıqlı maliyyə, rəqəmsallaşma, innovasiya, süni intellekt, iqlim dəyişikliyi və aşağı karbonlu logistika kimi aktual mövzulara həsr olunub. Tədbir tədqiqatçılar, akademiklər və biznes nümayəndələri üçün beynəlxalq elmi müzakirə platforması yaradacaq.
Simpozium peşəkar tədqiqatçılarla yanaşı, magistr və bakalavr pillələrində təhsil alan gənc tədqiqatçıların da elmi məqalə təqdim etməsi üçün açıqdır.
Tədbir iki gün davam edəcək. Simpoziumun birinci günü 30 may tarixində UNEC-in əsas tədris binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6) üz-üzə formatda, ikinci günü – 31 may tarixində isə Zoom platforması vasitəsilə onlayn keçiriləcək. İştirak ödənişsizdir.
Qəbul edilən məqalələr ISBN-li simpozium materiallarında dərc olunacaq. Seçilmiş məqalələrin isə Scopus indeksli “İqtisadi Elmlər Jurnalı: Nəzəriyyə və Təcrübə” və Agora Beynəlxalq İqtisadi Elmlər Jurnalı (AIJES) üçün tövsiyə edilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
- Xülasələrin təqdim edilməsi və qeydiyyat: 1 aprel 2026
- Tam mətnli məqalələrin təqdim edilməsi: 1 may 2026
- Simpoziumun keçirilmə tarixi: 30–31 may 2026
Məqalələrin qəbulu: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.