A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin təşkilatçılığı ilə “OJS – Open Journal System platformasından istifadə qaydaları və üstünlükləri” mövzusunda təlim keçirilib.

Tədbirin məqsədi UNEC-in elmi jurnallarının beynəlxalq elmi informasiya sistemlərinə inteqrasiyasını və OJS platformasının imkanlarını genişləndirmək, jurnalların indeksləşmə perspektivlərini artırmaq üçün praktik biliklər təqdim etmək olub.

Açılışda UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev çıxış edərək, universitetin Times Higher Education (THE) reytinqində əldə etdiyi uğurları qeyd edib. O, bu müvəffəqiyyəti UNEC-in elmi fəaliyyətinin inkişafı istiqamətində atılan strateji addımların nəticəsi kimi qiymətləndirib və elmi jurnalların beynəlxalq səviyyədə tanınması üçün davamlı tədbirlərin vacibliyini vurğulayıb.

Təlimin əsas hissəsini UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, “Xanım tədqiqatçılar” şurasının rəhbəri, i.f.d. Nərgiz Hacıyeva aparıb. O, UNEC-də mövcud olan 12 elmi jurnalın 7-nin artıq OJS platformasına inteqrasiya edildiyini qeyd edərək, platformanın vahid, açıq və innovativ sistem kimi üstünlüklərini geniş şəkildə təqdim edib. Nərgiz Hacıyeva jurnalların gələcəkdə DOAJ (Directory of Open Access Journals), Index Copernicus, daha sonra isə Scopus və Web of Science kimi nüfuzlu bazalarda indekslənməsi üçün mərhələli strategiyanı əks etdirən flow chart (siyasət və strategiya mərhələləri) üzərindən izah verib.

Eyni zamanda, OJS bazasında pluginlərin yenilənməsi, DOAJ API KEY-in əldə edilməsi və institusional affiliation-dən düzgün istifadə kimi mövzular ətraflı izah olunub. Həmçinin, jurnalların görünürlüğünün artırılması üçün hiperlinklərin tənzimlənməsi, altmetrix sahələrinin düzgün seçilməsi və tənzimlənməsi, plagiat siyasəti və indekslənmə üçün tələb olunan bütün siyasət və metodlar barədə məlumat verilib.

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçıların bütün sualları cavablandırılıb və müzakirələr faydalı şəkildə yekunlaşdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay