5-9 oktyabr 2026 tarixlərində “The World Needs More Space” – “Dünya Daha Çox Kosmosa Ehtiyac Duyur” çərçivəsində Türkiyənin Antalya şəhərində IAC 2026 – Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
Yanvarın 28-də UNEC-də konqres barədə məlumatlandırma görüşü keçiriləcək. Görüşdə konqresin çağırışı, iştirak imkanları və iştirakçıların bu tədbirdə rolu ilə bağlı ətraflı məlumat veriləcək.
Konqreslə maraqlanan hər kəs görüşə dəvətlidir.
Məkan: UNEC III Tədris binası, (Murtuza Muxtarov, 194)
saat 13:00, böyük akt zalı.