“Wellcome Trust təşkilatı” İngiltərədən kənarda fəaliyyət göstərən universitetlərə son 10 il ərzində yatırdığı maliyyə investisiyaları və onun istiqamətləri haqda məlumatları bölüşüb. 

“Wellcome Trust təşkilatı” 2009-2018-ci illər ərzində dünyanın müxtəlif regionlarındakı universitetlərə əsasən tibbi tədqiqat, eləcə də humanitar və sosial elmlər sahəsində maliyyə yatırımları etmişdir. Ümumilikdə dünyanın 55 ölkəsindən 172 universitet təqribi 6.23 milyard funt sterliq məbləğində yatırımdan faydalanmışdır. Afrika qitəsindəki universitetlər maliyyə yatırımın təxmini yarısını əldə edir ki, bu yatırımların böyük bir qismi elm və tədqiqat sahəsinə ayrılır. İkinci və üçüncü yerləri isə Avropa və Avstraliya universitetləri tutur.

Humanitar və sosial elmlər istiqamətində təşkilatın ayırdığı vəsaitlərdən öz tədqiqat işlərinizdə faydalana bilərsiniz.

Ətraflı məlumat

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay