A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində çağırışları və qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan dosent Gülnarə Rzayeva çıxışında ana dilinin milli kimliyin və milli ruhun əsas daşıyıcısı olduğunu vurğulayıb. O, qloballaşma şəraitində xarici dillərin təsirinin artdığını, xüsusilə gənclər arasında yad sözlərdən həddindən artıq istifadənin və sosial şəbəkələrdə ədəbi dil normalarına əməl olunmamasının dilin saflığı üçün risk yaratdığını bildirib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov isə Azərbaycan dilinin əsrlər boyu öz zənginliyini və ifadə imkanlarını qoruduğunu diqqətə çatdırıb. O, tələbələrdə ana dilinə sevgi və hörmət hissinin formalaşdırılmasının, ədəbi dil normalarına düzgün riayət olunmasının təşviqinin vacibliyini vurğulayıb və klassik ədəbiyyat nümunələrinin dilimizin gücünü əyani şəkildə göstərdiyini qeyd edib.

Tədbirdə qonaq qismində iştirak edən Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli ana dilinin xalqın milli kimliyini və mədəni irsini yaşadan əsas amillərdən biri olduğunu bildirib. Beynəlxalq Ana Dili Gününün dil müxtəlifliyinin qorunmasına və ana dilinə hörmətin artırılmasına xidmət etdiyini vurğulayıb.

Sonda iştirakçıları maraqlandıran suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR