A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nümayəndələri Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.

Görüşdə ISE-nin direktoru İnarə Rzayeva şagirdlərə universitetin əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti, eləcə də tədris olunan ixtisaslar, tədris prosesinin və imtahanların təşkili, mübadilə və beynəlxalq ikili diplom proqramları, UDİD və MINOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və digər imkanlar barədə ətraflı məlumat verib.

Tədbirdə ISE-də Biznesin idarə edilməsi ixtisası üzrə təhsil aIan I kurs tələbələri Tunar Ayatov və Nurlan Mütəllimov da çıxış ediblər. Onlar öz təhsil yolları, UNEC-ə qəbul prosesi və ISE-də əldə etdikləri təcrübə barədə şagirdlərlə fikirlərini bölüşüblər.

İnteraktiv formada keçirilən görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR