A

“UNEC-100” İnkişaf Strategiyasına uyğun olaraq “Əmək qanunvericiliyi və ali təhsil sahəsində normativ aktlar” mövzusunda təlim təşkil olunub. Təlimdə universitetin akademik və inzibati heyəti iştirak edib.

Təlimçi, UNEC-in Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova iştirakçılara əmək qanunvericiliyi ilə bağlı əsas məsələləri izah edib, ali təhsil sahəsində tətbiq olunan normativ aktlar barədə məlumat verib və praktiki nümunələrlə mövzunu aydınlaşdırıb. Təlim zamanı sual-cavab sessiyası təşkil olunub və iştirakçılar gündəlik işlərində qarşılaşa biləcəkləri hüquqi məsələlərlə bağlı fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR