A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi UNEC Səhiyyə İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə COP-29 çərçivəsində “Tibb işçilərinin əməyinin motivasiyası və stimullaşdırılması” mövzusunda onlayn beynəlxalq seminar keçiriləcək.

Seminarda UNEC Səhiyyə İqtisadiyyatı Mərkəzinin rəhbəri Sevda Məmmədova, Mərkəzin tədqiqatçıları – Sankt-Peterburq "D.O.Otto adına Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutunun "Anesteziologiya və reanimasiya" şöbəsinin müdiri prof. Yekaterina Upryamova və  Ural Federal Universitetinin laboratoriya müdiri dos. Eduard Patrakov mövzu ətrafında məruzələrlə çıxış edəcəklər.

10 iyun 2024-cü il tarixində saat 15:00-da keçiriləcək tədbirə Zoom platforması üzərindən https://zoom.us/j/99136496374 (kod: 881036) linkinə keçid etməklə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay