Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təqdimatında "Post-pandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər" mövzusunda onlayn seminar keçiriləcək.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
05 iyul 2021-ci il tarixində saat 14.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən LİNK vasitəsilə qoşula bilərsiniz.
Tədbir UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.