A

UNEC-də Tyutor hazırlığı üzrə sertifikat proqramına sənəd qəbulu elan olunur.

Sertifikat proqramının məqsədi tədris prosesində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Tədris prosesinin bütün mərhələlərini əhatə edən proqram təcrübəli ekspertlər tərəfindən aparılacaq.

Sənəd qəbulu elektron qaydada www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır.

Sənəd qəbulunun müddəti: 27 oktyabr - 10 noyabr 2023-cü il

Proqramın müddəti: 13 noyabr 2023-cü il- 4 fevral 2024-cü il

Təlimlər qarışıq (distant və ənənəvi) formada təşkil ediləcək və ödənişlidir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar.

Yekunda nəticəsi  91-100 bal arası olan namizədlərə “Fərqlənmə”,  51-90 arası olan namizədlərə  “Adi”, 50 və 50-dən aşağı olan namizədlərə isə “Dinləyici” sertifikatı təqdim olunacaq.

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri qeydiyyat zamanı elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ƏRİZƏ;
  • Təhsil haqqında sənədin (diplomun) surəti;
  • İş yerindən arayış və ya əmək kitabçasından çıxarış (işlədiyi halda);
  • 3×4 sm ölçüdə 1 ədəd fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti (yeni nəsil olduqda bir üzü).

Ünvan: UNEC, İstiqlaliyyət küçəsi 6, Əsas tədris binası, Ekstern Tədris Mərkəzi
Tel.: (012) 492-59-03 (daxili 1508)
E-mail: kamina.jabrayıBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

QEYDİYYAT PROSESİ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay