UNEC-də 2023/2024-cü tədris ilinin yaz semestrindən əcnəbilərin sənəd qəbuluna start verilib.

Sənəd qəbulu üçün son tarix: 31 yanvar 2024-cü il.

Dərslərin başlama tarixi: 16 fevral 2024-cü il.

Əcnəbilər ixtisaslardan asılı olaraq aşağıda qeyd olunan tədris dillərində təhsil ala bilərlər.

  • Azərbaycan dili
  • İngilis dili
  • Türk dili
  • Rus dili

Əcnəbilərin qəbulu elektron formada həyata keçirilir.

Bütün namizədlər https://portal.edu.az/ internet səhifələri vasitəsilə müraciət etməlidirlər.

Portalda qeydiyyatdan keçmək üçün təlimat:

https://www.youtube.com/watch?v=9NR_dBGOooM&ab_channel=icteduaz

https://unec.edu.az/idareetme/international-students/

Qəbul üçün lazım olan sənədlər:

Bakalavr pilləsi üçün

  • Attestat
  • Attestatın apostili (əgər attestat xarici ölkədə alınıbsa)
  • Attestatın Azərbaycan dilinə notarial tərcüməsi (əgər attestat xarici dildədirsə)
  • Pasport
  • CV
  • Foto-şəkil 3×4 ölçüdə, 8 ədəd.

Magistratura pilləsi üçün

  • Bakalavr diplomu, qiymət cədvəli və diplom əlavəsi
  • Bakalavr diplomunun, qiymət cədvəlinin və diplom əlavəsinin apostili və notarial tərcüməsi (əgər diplom xarici ölkədə alınıbsa)
  • Pasport
  • CV
  • Foto-şəkil 3×4, 8 ədəd.

Doktorantura pilləsi üçün

  • Bakalavr və magistr diplomları, qiymət cədvəlləri və diplom əlavələri
  • Bakalavr və magistr diplomlarının, qiymət cədvəlinin və diplom əlavələrinin apostili və notarial tərcüməsi (əgər diplomlar xarici ölkədə alınıbsa)
  • Bakalavr və magistr diplomlarının nostrifikasiyası (əgər diplomlar xarici ölkədə alınıbsa)
  • Pasport
  • CV
  • Foto-şəkil 3×4, 8 ədəd.

Əlaqə və suallar üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel.: 492-60-45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay