A

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən, xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.

“Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən, bərpa üçün ərizələr 05 yanvar 2023-cü il tarixindən 03 fevral 2023-cü il tarixinədək qəbul edilir.

Tələb olunan sənədlər:

- Rektorun adına ərizə (fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, əlaqə nömrəsi dəqiq göstərilməklə);

- şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);

- hərbi biletin surəti;

- ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).

Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1010)

Tələbə işləri mərkəzi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay