Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Haliç Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Proqram çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyədə təhsillərini türk və ya ingilis dilində davam edəcəklər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 10 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
  • Türk və ya ingilis dilini sərbəst bilməli.
  • Müvafiq dil sertifikatı

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)

Fakültələr haqqında məlumat (bakalavr):
https://halic.edu.tr/tr/akademik/fakulteler 

Fakültələr haqqında məlumat (magistr):
https://halic.edu.tr/tr/akademik/enstituler/lisansustu-egitim-enstitusu

Son müraciət tarixi: 25 dekabr, 2023-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Haliç Universiteti» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay