A

UNEC ilə Almaniyanın Siegen Universiteti arasında “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) mövzusunda həyata keçirilən layihə çərçivəsində UNEC-in doktorant və tədqiqatçıları üçün Almaniyada bir ay ərzində elmi araşdırma aparmaq imkanı təklif olunur.

Layihədə çərçivəsində iştirakçılar cari ilin dekabr ayına qədər Siegen Universitetinə elmi ezamiyyətə göndəriləcək. Səfərlə bağlı bütün xərclər layihə büdcəsi hesabına ödəniləcək.*

Namizədlər üçün əsas tələb və sənədlər:

  1. UNEC-in ştatlı işiçisi olmaq;
  2. Dissertasiya işinin müəyyən bir hissəsi yerinə yetirilməlidir;
  3. İngilis dilini akademik səviyyədə bilmək;
  4. Araşdırma sahəsi Siegen Universitetindəki tədqiqat istiqamətlərinə uyğun olmalıdır;
  5. Almaniyada tədqiqat aparmaq istədiyi mövzuya dair ingilis dilində referat (research proposal) təqdim etmək;
  6. CV;
  7. Xarici pasport.

Proqramda iştirak etmək istəyənlər 1 may 2018-ci ilədək tədqiqat planlarını UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinə təqdim etməlidirlər. Tədqiqat planı ingilis dilində olmalı və 1 ay müddəti əhatə etməlidir.

Əlaqələndirici şəxs: Afət Ələkbərova, Beynəlxalq əməkdaşlıq departamenti (İstiqlaliyyət 6, UNEC-in əsas tədris binası, 115-ci otaq).

Tel.: (+99412) 492-60-45, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR