İndoneziya hökümətinin va İndoneziya Respublikası Araşdırmalar, Texnologiya va Ali Təhsil Nazirliyi İndoneziyanin 16 universitetində bakalavr va magistr təhsili almaq istəyən tələbələr üçün “2018-ci il İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı" adlı İndoneziya Təqaüd Proqramı təklif edir.
2018-ci il üçün müxtəlif ölkələrdən magistr dərəcəsinə 140 və bakalavr dərəcəsi üçün isə 5 təqaüd kvotası təklif olunur. Təqaüd proqramı çərçivəsində namizədlər bu proqramda iştirak edən 16 qabaqcıl universitetdən birində təhsil ala bilərlər.
Təqaüdün müddəti
- İndoneziya dili kursu və magistr hazırlıq proqramı - 12 ay
- Magistr proqramı - 24 ay
- Bakalavr proqramı - 48 ay
*
Təqaüd proqramı əhatə edir:
- 1,000,000 İndoneziya rupiahi – Yerləşmə xərci ( İndoneziyaya getdiyi müddətdən verilir);
- 2,550,000 İndoneziya rupiahi (aylıq) —İndoneziya Dil kursu və hazırlıq proqramı muddətində yaşama xərci.
*
Aylıq xərclər:
- Yaşama xərci - 2,550,000 İndoneziya rupiahi;
- Araşdırma xərci - 400,000 İndoneziya rupiahi;
- Kitablar üçün xərc - 350,000 İndoneziya rupiahi;
- Sağlamlıq sığortası - maksimum 200,000 İndoneziya rupiahi aylıq;
- Birdəfəlik gediş-gəliş beynəlxalq uçuş xərcləri və universitetə yerli nəqliyyat xərci.
*
Namizədlər müraciətlə bağlı məlumatı KNB təqaüd saytından əldə edə bilərlər. Son müraciət tarixi aprelin 30-dəkdir. Nəticələr 2018-ci ilin iyun ayının ikinci həftəsində elan olunacaq.
KNB təqaüd proqrami ilə əlaqədar daha ətraflı məlumatı www.knb.ristekdikti.go.id. internet səhifəsindən əldə edə bilərsiniz.