Non-Erasmus (iki tərəfli əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022-2023-cü tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq, müraciət çox olunan zaman müsabiqə keçiriləcək.

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 80-dan yuxarı olmalı;
  2. Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli.  
  3. UNEC-in 1-ci, 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Non-Erasmus mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  1. Fransanın Montpellier Universiteti – 2 yer (bakalavr)
  2. Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi – 2 yer (bakalavr)
  3. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti – 2 yer (bakalavr)
  4. Almaniyanın Siegen Universiteti - 2 yer (bakalavr və magistr)
  5. Litvanın Mykolos Romeris Universiteti – 2 yer (bakalavr və magistr)

Son müraciət tarixi: 31 mart, 2022.

Tələb olunan sənədlər:

  1. ƏRİZƏ
  2. Transkript
  3. CV (ingilis dilində)
  4. Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi).

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.

Seçim bir universitet üçün aparılmalıdır. Emailin mövzusunda seçdiyiniz universiteti qeyd edin.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.
  • Ölkənin viza qaydalarına əsasən tələbələrdən depozit tələb oluna bilər.
  • ÜST tərəfindən elan olunmuş pandemiya ilə əlaqədar xarici ölkədə mövcud vəziyyətlə bağlı mübadilə proqramlarının şərtləri dəyişdirilə bilər.

Proqramla bağlı konsultasiyalar 2-ci günlər saat 15:00-da, 4-cü günləri saat 11:00-da zoom platforması üzərindən aparılacaq: https://zoom.us/j/93093167066.

TOP XƏBƏRLƏR