İspaniyanın Malaqa Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.
Proqramda magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 81-dən yuxarı olmalı;
- İngilis dili ən az B2 səviyyəsində olmalı;
- Magistratura pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 26 yanvar 2023-cü il
Tələb olunan sənədlər:
- ƏRİZƏ
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
- Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində //e.mail.ru/compose/?mailto=mailto%Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində «Malaqa Universiteti» yazılmalıdır.