Aralıq dənizi Beynəlxalq Sosial Elmlər Konqresi və UBAK Beynəlxalq Elmlər Akademiyası Birliyinin təşkilatçılığı ilə cari ilin 23-24 oktyabr tarixlərində Adanada VI Aralıq dənizi konfransı keçiriləcəkdir.
Konfrans həm ənənəvi, həm də onlayn qaydada həyata keçiriləcəkdir.
Konfransda iştirak haqqı 400 Türk lirası təşkil edir. Tələbələrə, müəllim və doktorantlara güzəştlər ediləcəkdir.
Tezislərin təqdim edilməsi üçün son tarix: 18 oktyabr 2021
Konqres haqqı və qeydiyyat üçün son tarix: 19 Oktyabr 2021
Konqres Sessiyaları: 23-24 oktyabr 2021
Tam Sənədlərin təqdim edilməsi üçün son tarix: 18 Oktyabr 2021
Abstrakt və Tam Mətn Kitabının nəşri: 26 oktyabr 2021