İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 2030-cu ilədək “Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları” üzrə strateji yol xəritələrinin icrasına dəstək məqsədilə III Respublika İnnovasiya Müsabiqəsi keçiriləcək.
İnnovativ ideyalara malik tələbələr, magistrlər, gənc tədqiqatçılar və müəllimlər müsabiqədə iştirak hüququ qazanmaq üçün müxtəlif sahələri əhatə edən layihələr və innovativ ideyalarını 3 oktyabr 2019-cu il tarixinədək UNEC EFTİE departamentinin Texnologiya transfer şöbəsinə təqdim edə bilərlər.
Müsabiqə haqqında ətraflı: http://ric.az
Əlaqə: +99412 492 84 38