A

30 oktyabr 2019-cu il tarixində saat 11:00-da cəmiyyətin sosial inkişafı üzrə dövlət proqramlarında və beynəlxalq sənədlərdə göstərilən dayanıqlı inkişaf məqsədlərinə və hədəflərinə uyğun olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədilə baş tutacaq “Sosial layihələr” müsabiqəsi ilə bağlı təqdimat keçiriləcəkdir. Təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən tələbələrin qeydiyyatı və layihə təkliflərinin qəbulu 20 noyabr 2019-cu il tarixinədək həyata keçiriləcəkdir.

Ətraflı məlumat - http://riib.az ; Qeydiyyat - musabiqe.riib.az

Tədbirdə iştirak etmək istəyən tələbələr 28 oktyabr 2019-cu il tarixinədək  UNEC EFTİE departamentinin Texnologiya transfer şöbəsinə müraciət edə bilərlər.

Təqdimatın keçirilmə yeri: UNEC Heydər Əliyev Mərkəzi

Əlaqə: Texnologiya Transfer şöbəsi – 492 84 38

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay