BMT, ABŞ və "Hult Business School" tərəfindən maliyyələşdirilən Hult Prize müsabiqəsi 100-dən çox ölkədən tələbələrin qatıldığı və "Tələbələr üçün Nobel Mükafatı" da adlandırılan sosial startup müsabiqəsidir.

Komandanızı qurub bu müsabiqədə qalib olmaqla siz layihənizi həyata keçirtmək üçün 1 milyon dollar qazana, həmçinin BMT və "Hult Business School"dan rəsmi sertifikatlar əldə edə bilərsiniz.

Ekologiyaya müsbət təsir göstərəcək startup ideyası olan hər kəs müsabiqəyə qoşulub, qalib gələrək ölkəmizi 25 şəhərdən birində keçiriləcək regional finalda təmsil edə bilər.

Komandanızı qeydiyyatdan keçirtmək üçün saytda olan qeydiyyat formasından istifadə edə bilərsiniz.

Qeydiyyat:

Hult Prize 2020 müsabiqəsi üçün komanda qeydiyyatının son tarixi -22.12.2019

26 dekabrda baş tutacaq kampus finalında komandalar layihələrini Azərbaycan dilində, Regional Finalda iştirak edəcək komanda isə layihəsini ingilis dilində təqdim etməlidir.

  • Komandalar 3-4 nəfərdən ibarət olmalıdır.
  • Layihə ekologiyaya aid olmalı, eləcə də biznes yönümlü olub gəlir gətirməlidir.
  • Layihə10 il ərzində bir milyon müştəriyə çata biləcək potensialda olmalıdır.
  • Dekabrın ortalarında UNEC-dətəlimlər keçiriləcək.
  • Təlimlərdəiştirak könüllüdür. İştirakçılar mütəxəssislərdən məlumat alaraq, layihələrini daha da təkmilləşdirmək imkanı əldə edə biləcəklər.

UNEC üzrə qalib gələn komanda 3 şəhər seçir və birinə düşə bilir.

Azərbaycandan layihəsəd yalnız BDU və UNEC iştirak edə bilər.

Qeyd edək ki, birinci yeri qazanan UNEC komandası xaricdə Azərbaycanı təmsil etmək imkanı əldə edəcək.

Ətraflı məlumat üçün:

WhatsApp

Facebook

Instagram

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay