A

MDB məkanında ilk özəl ali təhsil müəssisəsi və Qazaxıstanda ilk biznes məktəbi kimi tanınan Almatı Menecment Məktəbinin (AlmaU) təsisçisi və prezidenti Asılbek Kojaxmetov UNEC-də olub.

UNEC rektoru, professor Ədalət Muradovla görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. MBA proqramı, xüsusilə müasir dövrün tələblərinə cavab verən gələcək universitet modelinin formalaşdırılması müzakirələrin əsas mövzusu olub.

Qarşılıqlı maraq doğuran fikir mübadiləsinin sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda birgə layihələrin həyata keçirilməsi, akademik və inzibati təcrübə mübadiləsi və s. nəzərdə tutulub.

Memorandumdan sonra qazaxıstanlı qonaqlar UNEC Ekstern Mərkəzi, İmtahan zalı, Karyera mərkəzi və digər infrastrukturların fəaliyyəti ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay