Şimali Makedoniya Respublikasının Beynəlxalq Balkan Universiteti 2021/2022-ci tədris ilinin yaz semestrində magistratura tələbələri üçün ERASMUS+ proqramı çərçivəsində iki aylıq təqaüdlü təcrübə proqramına müsabiqə elan edir.

Əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) – 91-dən yuxarı olmalı
  • İngilis dili C1/C2 səviyyəsində olmalı (dil sertifikatı olanlara üstünlük verilir).

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük ikinci kurs tələbələrinə veriləcəkdir.

Müraciət üçün son tarix: 24 noyabr 2021-ci il

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • Niyyət məktubu (motivation letter, ingilis dilində)
  • CV (ingilis dilində)
  • Xarici pasport

Sənədlər göstərilən ardıcılıqla “pdf” formatında Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır. Müraciət olunan universitetin adının emailin “Mövzu” hissəsində qeyd olunması xahiş olunur.

Mübadilə prqramları ilə bağlı onlayn konsultasiyalar həftənin çərşənbə günü saat 15.00-da və cümə aşxamı saat 11.00-da zoom platforması üzərindən keçirilir: https://zoom.us/j/93093167066

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay