UNEC-də “KOS subyektləri üçün mühasibat uçotu” mövzusunda təlim keçiriləcək.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçiriləcək təlimdə kiçik və orta sahibkarlıq subyektləri iştirak edəcək. Təlimi Maliyyə və mühasibat fakültəsinin dekan müavini, dosent Abdulkərim Sadıqov keçəcək.
İştirak etmək istəyənlər mayın 19-u saat 11:00-da UNEC-in əsas tədris binasının (İstiqlaliyyət, 6) Kiçik akt zalında (otaq 211) təlimə qatıla bilərlər.