İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitunun Qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri dosent Murad Bağırzadənin təqdimatı ilə “Böyük dataların biznes tətbiqləri və startaplar” mövzusunda əyani və onlayn treninq keçiriləcək.

Tədbir 30 iyun, saat 14.00-da UNEC-in əsas binanın kiçik akt zalında (otaq 211) keçiriləcək. Treninqə UNEC-in professor-müəllim heyəti, magistrantlar və doktorantlar, tədqiqat mərkəzlərinin əməkdaşları, habelə mövzu ilə maraqlanan digər şəxslər dəvət olunurlar.

Treninq UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Hibrid keçiriləcək treninqə onlayn qoşulmaq istəyənlər LİNKƏ keçid edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay