Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan UNEC İqtisadi Forum çərçivəsində Azərbaycanda olan Nobel mükafatçısı Aziz Sancar Şuşaya səfər edib.

Şuşada olan zaman Aziz Sancar İctimai TV-də yayımlanan “Diqqət Mərkəzi” proqramında Elçin Şıxlının qonağı olub. Aziz Sancar proqramda İkinci Qarabağ müharibəsindən danışıb, Qarabağ zəfərinin Türkiyənin Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəri olduğunu deyib.

O, Şuşa ilə bağlı arzularını da bölüşüb: “Özümə söz vermişdim ki, Şuşa işğaldan azad olunandan sonra, Şuşa məscidinə gedib 2 rükət namaz qılacam. Düşünürəm ki, bundan sonra ölsəm, gözüm arxada qalmaz. Allaha şükürlər olsun ki, bu arzumu gerçəkləşdirə bildim”- deyə, bildirib.

Kimya üzrə Nobel mükafatçısı Aziz Sancar xərçəng xəstəliyindən, insan sağlamlığı üçün zərərli olan amillərdən, bioloji saatdan da söz açıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay